🎉 2025–2026 Tədris ilinin Aktiv Üzvləri | Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
Azərbaycan Mühəndislər Birliyinin **2025–2026 Tədris ili üzrə Üzvlük Proqramını uğurla başa vuran “Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi” ixtisası üzrə “Aktiv Üzv” statusunu qazanan üzvlərimizi təqdim edirik.
Üzvlük Proqramı ərzində üzvlər təlimlərdə, seminarlarda, texniki gəzintilərdə və imtahanlarda iştirak edərək aktivlik xalları toplayıblar. İl ərzində mümkün olan ümumi aktivlik xalının 80%-ni və ya daha çoxunu toplayan üzvlər “Aktiv Üzv” adına layiq görülüblər.
👏 Aktiv üzvlərimiz:
🔹 Vəli Hüseynov
🔹 Esmira Abdullayeva
🔹 Elcan Zeynallı
Üzvlərimizi bu uğur münasibətilə təbrik edir, onların gələcək təhsil və peşə fəaliyyətlərində yeni nailiyyətlər qazanacaqlarına inanırıq.
📌 Aktiv üzvlərimiz il ərzində proqramın bütün imkanlarından səmərəli istifadə edərək bilik və bacarıqlarının inkişafı istiqamətində yüksək fəallıq nümayiş etdiriblər.
September 06, 2026 - Paylaşdı: Admin